
Londonun şərqində yerləşən “New Ham” rayonunda “St. Stephen” məktəbi hicab qadağasını ləğv edib.
Ahlibeyt.z-ın məlumatına görə, Maide.az “Guardian”-a istinadən xəbər verir ki, məktəbin geri addım atmasına səbəb bəzi ibtidai sinif şagirdlərin valideynlərinin məhkəməyə müraciət etməsi olub.
"St. Stephen" məktəbi bir müddət öncə şagirdlərə hicab və orucu qadağan etmişdi. Bu qərar valideynlər tərəfindən etirazla qarşılanıb. Müsəlman valideynlərin etirazı və məhkəməyə müraciətinə görə, məktəb direktoru tutduğu vəzifədən istefa verib və qərarda dəyişiklik edilib.
Məktəbin veb səhifəsində belə yazılıb: “Məktəb üzvləri və valideynlər ilə məsləhətləşmədən sonra problem öz həllini tapdı (Hicab) qadağa dəyişdirildi.”