20 Yanvar, 2018
Mosulda təkfirçi sələfi terroristlər tərəfindən dağıdılmış ziyarətgahlar - FOTO

İraqın Neynəva əyalətindəki qədim müqəddəs məzar və ziyarətgahların çoxu təkfirçi, sələfi, vəhabi və terrorist İŞİD ünsürlərinin hədəfinə tuş gələrək dağıdılıb.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, sələfilərdən(vəhhabi) formalaşdırılmış İŞİD təkfirçi-terror qruplaşmasının dağıtdığı müqəddəs məzar və mərqədlərdən biri də şiələrin dördüncü məsum rəhbəri Həzrət İmam Zeynül-Abidin Əli ibn Hüseyn (ə)- ın qızı Həzrət Zeynəbi- Süğra xatundur.

Bundan əlavə İŞİD təkfirçi terroristləri İraqın Neynəva əyalətində yerləşən Sə`d ibn Əqilin məzarını Təlafərdə, Zakiruddin Əərəcin qəbrini Şenqalda, Həzrət Əli Əkbərin (ə) balalarının qəbrini, bəzi saleh insanlar, övliyalar və peyğəmbərlərin qəbirlərini dağıdıblar.

İŞİD İraqın Neynəva əyalətinin Mosul şəhərini işğal edən kimi bu şəhərin qədim və tarixi binalarını, abidələrini və müqəddəs məkan və məzarlarını dağıdıblar. İraqın və həmçinin müsəlmanların keçmişini əks etdirən bu məkanların hamısının bu gün ağır iqtisadi xərclər ilə yenidən qurulmağa ehtiyacı vardır. Buna görə də İraq şiələrin Vəqflər idarəsi bu işi öz öhdəsinə götürmüşdür.

Qeyd edək ki,2014cü il iyun ayının ortalarında Mosul şəhəri İŞİD terrorçuları tərəfindən işqal edilib və şəhər 3 il müddətində terror qruplaşmasının nəzarətində olub.İraq ordusunu 2017-ci ilin əvvəllərində genişmiqyaslı əməliyyatlara başlayıb və 10 iyul 2017 tarixində İraqın Baş Naziri Heydər əl-Abadi Mosulun təmamilə azad edilməsi barədə bəyanat verib.

 

مزارهای مقدس موصل که هدف تکفیری‌ها قرار گرفتند+ تصویر

 

مزارهای مقدس موصل که هدف تکفیری‌ها قرار گرفتند+ تصویر

 

مزارهای مقدس موصل که هدف تکفیری‌ها قرار گرفتند+ تصویر

مزارهای مقدس موصل که هدف تکفیری‌ها قرار گرفتند+ تصویر

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/read/mosulda-takfirchi-salafi-terroristlar-tarafindan-dagidilmish-ziyaratgahlar---foto.html