20 Yanvar, 2018
Fətva ilə hökmün fərqi nədir?

Fətva ilə hökmün fərqləri müvafiq məzmunlu şəriət kitablarında izah edilmişdir. Qısaca bunu deyək ki, fətva şəriətdə nəzərdə tutulmuş mövcud dəlillər əsasında verilir (Quran ayələrinə, hədislərə, icmaya və ağıla əsaslanaraq). Hökm isə müctəhidin mövcud şəraiti dəyərləndirərək gəldiyi qənaəti əks etdirir.

Hökm verilərkən də şəriətdəki dəlillər nəzərə alınır, lakin bu dəlillər mücərrəd mənada deyil, mövcud şəraitə əsasən dəyərləndirilir. Buna görə də fətva zamana və şəraitə görə dəyişmir, hökm isə dəyişə bilər. Beləliklə, hökm fətvaya nisbətən daha geniş məfhumdur; deyə bilərik ki, məna etibarilə hökm fətvanı da özündə ehtiva edir.

Fətva, onu verən müctəhid və onun müqəllidləri üçün keçərlidir, başqaları həmin müctəhidin fətvasına əməl etməyə vəzifəli deyillər. Amma lazımi şərtləri özündə birləşdirən şəriət hakimi bir məsələdə hökm versə, hamı ona tabe olmalıdır. Hətta digər müctəhidlər də - əgər bu hökmün səhv olduğuna yəqinlikləri yoxdursa – hökmə əməl etməlidirlər.

İslam.az

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7941.html