
ABŞ Suriyada alternativ hakimiyyət orqanları yaradır.
Ahlibeyt.az-ın məlumatına görə, APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə əsasən, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.
“ABŞ-ın Suriyanın böyük bir hissəsində alternativ hakimiyyət orqanları yaratması danılmaz faktdır. Bu, rəsmi Vaşinqtonun üzərinə götürdüyü öhdəliklərə ziddir, о сümlədən BMT Təhlükəsizlik Şurasında. Bu olduqca böyük narahatlıq doğuran tendensiyalardır. Reks Tillerson dəfələrlə mənə deyib ki, yeganə məqsəd İŞİD-i məğlub etməkdir. İndi isə planların daha geniş olduğu aydın olur”, deyə S.Lavrov qeyd edib.