9 Fevral, 2012
Ali Xəlifənin xain və mənfur planı

Bəhreyndən verilən son məlumatlara əsasən, Ali Xəlifə rejimi Bəhreyn torpaqlarına və xalqına xəyanət kimi dəyərləndirilə biləcək addım atmaq istəyir.

Bildirilir ki, Ali Xəlifə rejimi Bəhreyni Səudiyyə Ərəbistanına birləşdirmək və Bəhreynin idarəçiliyini tamamilə Səudiyyə Ərəbistanına təhvil vermək istəyir.

Məlumatda deyilir ki, Ali Xəlifə inqilabçılarla bacarmaqda gücsüz olduğunu və tez ya da gec inqilabın baş verəcəyini anladığı üçün tez bir zamanda bu mənfur planı həyata keçirmək niyyətindədir.

Xatırladaq ki, keçən il Bəhreyndə baş qaldıran etiraz aksiyalarından sonra Səudiyyə Ərəbistanı Bəhreynə qoşun yeridərək bu günə kimi Ali Xəlifə polisi və ordusu ilə birlikdə inqilabçılara divan tutmağa davam edir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-794.html