19 Yanvar, 2018
Özbəkistanda İslam Akademiyası yaradılıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə Daşkənd şəhərində İslam Akademiyası yaradılıb.

Ahlibeyt.az-ın  Azərtac-a istiandən verdiyi xəbərə görə, Özbəkistanın müftisi Usmanxon Alimov jurnalistlərə bildirib ki, akademiyada tədris magistratura, baza doktoranturası və doktorantura üzrə olacaq.

Burada magistrlər “Quranşünaslıq”, “Fikh elmi”, “Hədisşünaslıq”, “Kəlam elmi” üzrə hazırlanacaq. Onlara Özbəkistanın böyük din alimləri İmam Buxari, İmam Termezi, Abdulxalık Qijduvani, Baxouddin Nakşibəndi və digərlərinin əsərləri tədris olunacaq.

Akademiyada magistr və doktorluq işlərinin müdafiə edilməsi, islamşünaslıq üzrə magistr, fəlsəfə diktoru, islamşünaslıq doktoru elmi dərəcələri verilməsi üçün Xüsusi Elmi Şura da fəaliyyət göstərəcək.

Akademiya dünyanın bütün müsəlman ölkələrindən, Rusiyadan və digər ölkələrdən tələbələr qəbul edəcək.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7935.html