19 Yanvar, 2018
Elmar Məmmədyarov: “Həmsədrlər münaqişənin həllinə dair bir sıra kreativ fikirlər irəli sürüb”

Xarici İşlər Naziri Elmar Məmmədyarov  Krakov görüşünün nəticələri barədə KİV-in sorğusunu cavablandırıb.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, E.Məmmədyarov Krakovda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların 6 saatda yaxın davam etdiyini qeyd edib: "İlk əvvəl mən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşdük. Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüşlər oldu. Təkbətək görüş başa çatdıqdan sonra mən yenidən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm.

Görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir", - deyə XİN rəhbəri bildirib.

Məlumata görə, ATƏT Minsk Qrupunun həmsədrləri  yanvarın 18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirilmiş görüş barədə bəyanat yayıb.

"Nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əvvəlki sammitlərdə əldə edilmiş razılaşmaların icrasının dəstəklənməsi üçün növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsini tez başa çatdırılması üçün həmsədrlərin yenidən nəzərdən keçirdiyi müvafiq konseptual sənədi ilə razılaşıblar.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7932.html