
Bəhreyndən verilən son məlumatlara əsasən, Ali Xəlifə polisinin etiraz aksiyalarını dağıtmaq üçün istifadə etdiyi zəhərli qazlardan bu dəfə ruhani alim Hüccətül-İslam Şeyx Səid əş-Şeyx İsa şəhid olub.
Bildirilir ki, polisin istifadə etdiyi zəhərli qazlardan zəhərlənən Şeyx Səid hərbi hospitala çatdırılıb və dərhal həkimlər onun ağçiyərlərinə daxil olmuş zəhərli qazı təmizləməyə başlayıblar. Amma həkimlərin heç bir səyi nəticə verməyib və Şeyx Səid şəhadətə çatıb.
Xatırladaq ki, Şeyx Səidin şəhadətilə Bəhreyn şəhidlərinin sayı artıq 69-a çatıb.