
Suriya Milli Dialoq Konqresi yanvarın 30-da keçiriləcək.
Ahlibeyt.az-ın SalamNews-a istinadən xəbərinə görə, Soçidə baş tutacaq birgünlük konqresdə Suriya silahlı müxalifəti təmsil edən nümayəndə heyəti də iştirak edəcək. Bu barədə vəziyyətlə tanış olan diplomatik mənbə “RİA Novosti” agentliyinə açıqlamasında bildirilib.
Məlumata əsasən BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Staffan de Mistura da toplantıya dəvət olunub.