
İŞİD terror qruplaşmasının məğlub olması o deməkdir ki, Fələstin məsələsinin həlli yenidən İslam dünyası üçün əsas prioritetə çevrilib.
Ahlibeyt.az-ın məlumatına görə. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə əsasən, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.
İran prezidenti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 13-cü sessiyasında çıxış edib.
“İŞİD ekstremist qruplaşmasının məğlub olmasının əsas müsbət tərəflərindən bir də odur ki, Fələstin məsələsi nəhayət öz yerinə qayıdaraq İslam dünyasının siyasi gündəminin əsas prioritetinə çevrilib”, - deyə Ruhani qeyd edib.