16 Yanvar, 2018
Tehranda İƏT-in 13-cü konfransı keçirilir

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının 13-cü konfransı İranın paytaxtı Tehranda öz işinə başlayıb.

Ahlibeyt.az-ın Maide.az-a istinadən xəbər verir ki, konfransda İran prezidenti Həsən Ruhani və parlament sədri Əli Laricani də iştirak edir.

Konfransda Fələstin məsələsi, siyasi münasibətlər, insan haqları, mədəni və hüquqi əlaqələr, dinlərarası dialoq və sair mövzuda müzakirələr aparılacaq.

Konfrans sabah yekun bəyannamə ilə başa çatacaq.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7910.html