
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Şirvan şəhərində yanvarın 23-də nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib.
Vətəndaşların qəbulu yanvar ayının 30-da keçiriləcəkdir.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə DQİDK mətbuat xidməti məlumat yayıb.
Qəbul Şirvan şəhər Heydər Əliyev Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi,8) saat 11:00-da baş tutacaqdır. Qəbulda Salyan, Şirvan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Azər Sadıqov
Mob: (050) 599-80-69
Telefon: (02121) 5-21-30
e-mail: chairman@scwra.gov.az
info@scwra.gov.az