
18 yanvar 2018-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə SalamNews-a XİN-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.