
Rəsmi Ankara Vaşinqtonun Suriyada "sərhəd təhlükəsizliyi qüvvələri" yaratmaq planını pisləyir.
Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər nazirliyinin bəyanatında deyilir.
"ABŞ-ın öz öhdəliklərinə zidd olaraq YPG ilə əməkdaşlığını davam etdirməsi, milli təhlükəsizliyimizi və Suriyanın ərazi bütövlüyünü təhlükə altına salır. Bu qəbuledilməzdir", - bəyanatda deyilir.
Qeyd edək ki, ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiyanın rəsmi nümayəndəsi Tomas Vill bildirib ki, ABŞ Suriyada nəzarət etdiyi ərazilərdə «sərhəd təhlükəsizliyi qüvvələri» yaratmağa başlayıb.
Alyansın «Suriya Demokratik Qüvvələr» (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışdığı bildirilir. Onun sözlərin görə, ilkin mərhələdə, 230 nəfər təlimlərdə iştirak edir. Ancaq məqsəd 30 minlik qüvvə yaratmaqdır.