15 Yanvar, 2018
Şeyx Zəkzaki - Nigeriya hökuməti məni aldadaraq jurnalistlər qarşısına çıxarıb

Nigeriya hökuməti Şeyx Zəkzakini jurnalistlərin qarşısına çıxarmaqla Negeriya xalqını aldatmağa çalışıb.

Ahlibeytaz-ın Mehrnews-a istinadən məlumatına görə, Nigeriya şiələrinin lideri mətbuat qarşısına çıxarılması ilə bağlı şok açıqlama verib.

Dini lider bildirib ki,ona hiylə qurularaq mətbuat qarşısına çıxarılıb və bununla hökumət xalqı aldatmaq üçün istifadə edib.

Şeyx oğlu ilə telefon əlaqəsi saxlayaraq bildirib ki,müayinə olunması adı ilə özü və xanımı tibbi mərkəzə gətirilərkən ona bildiriblər ki,bəzi şəxslər sizinlə görüşmək istəyir və mən qarşımda müxbirlərin olduğunu gördüm:

"Mənə verilən sualları elə şəkildə verildi ki,onların cavablandırılması hökumət öz xeyrinə istifadə etdi.Mənim insult keçurməmin üstündən keçirilərək yalnız vəziyyətimin yaxşılığa doğru olduğu açıqlandı.Nigeriya hökuməti bununla dünyaya mənim yaxşı olduğumu nümayiş etdiib aldatmağa çalışıb."

Xatırladaq ki, Şeyx Zəkzaki bir neçə gün əvvəl 2 ildən bəri ilk dəfə olaraq  jurnalistlərə açıqlama verib və xalqa dəstəyinə görə təşəkkürünü bildirib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7899.html