15 Yanvar, 2018
ABŞ Suriyada 30 minlik PYD/YPG ordusu yaratmaq niyyətində olduğunu açıqlayıb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planı üzərində çalışır.

Ahlibeyt.az-ın məlumatına görə,SalamNews Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın rəhbərliyi altında Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətindən bildiriblər.

Açıqlamada bildirilir ki, koalisiyanın Suriya Demokratik Qüvvələri ilə yaradacağı bu qüvvənin missiyası İraq, Türkiyə sərhədlərini və Fərat çayı boyu sərhədi qorumaqdır.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7898.html