
Özbəkistanda Quran tilavəti üzrə Beynəlxalq festivalın keçirilməsi planlaşdırılır.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “RİA Novosti”yə istinadən xəbər verir ki, beynəlxalq festival cari ildə təşkil olunacaq. Bunu Özbəkistan Nazirlər Kabinetinin nəzdində Dini Məsələlər üzrə Komitə açıqlayıb.
Festivalın ötən il Buxarada açılan “Mir Arab” mədrəsəsində keçirilməsi nəzərdə tutulub.
“Qurani – Kərimin tilavəti üzrə ilk beynəlxalq festival hökumətin təşəbbüsü və dəstəyi ilə keçirilir. Hazırda festivalın keçirilməsi üzrə proqram hazırlanır və bu ilin yayında proqram təsdiqlənəcək”, -deyə komitənin nümayəndəsi bildirib.
Qeyd edək ki, Özbəkistanın 32 milyon nəfər əhalisi var ki, onlardan 94% müsəlman, 3,5% - pravoslav xristian, qalanları isə digər dini inancların nümayəndələridir.