11 Yanvar, 2018
Gələcəkdə 30 milyon zəvvar eyni anda Həcc ziyarətinə gedə biləcək

Səudiyyə Ərəbistanı Həcc və ümrə ziyarəti zamanı Məkkədə 30 milyon nəfəri qarşılaya bilmək üçün yeni layihələr hazırlayıb.

Ahlibeyt.az-ın məlumatına görə,layihədə 2030-cu ilədək Məkkədə abadlaşdırma işlərinin görülməsi nəzərdə tutulur. Bu məqsədlə Kəbənin ətrafının genişləndirilməsi, elektrik, su,  xətlərində və tibb məntəqələrində yenidənqurma işlərinin həyata keçirilməsi, otellərin sayının artırılması, Ciddə şəhərindəki hava limanının böyüdülməsi planlaşdırılır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ümrə ziyarəti zamanı təxminən 5 milyon, Həcc ziyarəti zamanı 2 milyon zəvvarı eyni anda qəbul edə bilir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7885.html