
Suriyada qaçırılan İran vətəndaşlarından 11 nəfəri sərbəst buraxılıb. Onlar Türkiyənin vasitəçiliyi ilə azad ediliblər.
Özünü Azad Suriya Ordusu adlandıran silahlı qruplaşma yaydığı açıqlamada İran xalqı ilə düşmən olmadığını, sadəcə rəsmi Tehranın Bəşər Əsəd rejiminə verdiyi dəstəkdən narahat olduqlarını bildirib.
Qeyd edək ki, son iki ay ərzində Suriyada 35 İran vətəndaşı qaçırılıb. Onların əksəriyyəti Suriyadakı müqəddəs yerləri ziyarət etməyə gedən zəvvarlardır.
apa.az