9 Yanvar, 2018
Husilər bir gündə Səudiyyə koalisiyasının iki təyyarəsini vurublar

Yəməndə husilərə bağlı ordu birləşmələri bir gün ərzində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin iki qırıcı təyyarəsini vurublar.

Ahlibeyt.az-ın İnterfax-a istinadla verdiyi xəbərə görə, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

Birinci təyyarə ölkənin şimal-qərbində yerləşən Kitaf bölgəsində vurulan "Tornado" bombardımançısı, ikinci isə paytaxt Səna üzərində məhv edilən dördüncü nəsil "F-15" qırıcısı olub.

Qırıcı təyyarələr yer-hava sinifli raketlərin köməkliyi ilə məhv edilib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/read/husilar-bir-gunda-saudiyya-koalisiyasinin-iki-tayyarasini-vurublar.html