9 Yanvar, 2018
Bu həftə Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti bərpa edilir

Yanvarın 11-də 16/15 nömrəli Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, qatar yanvarın 11-dən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri Bakı vaxtı ilə saat 7:00-da yola düşəcək. Məşhəd stansiyasına yanvarın 12-dən etibarən həftənin V günləri İran vaxtı ilə saat 14:25-də çatıb və həmin gün saat 22:00-da geriyə yola düşəcək. Naxçıvana qatar yanvarın 14-dən etibarən həftənin VII (bazar) günləri saat 6:00-da çatacaq.

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 2016-cı il dekabrın 29-da hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7871.html