
Mədrəsədə Quran, din və hədis dərsləri ilə yanaşı riyaziyyat, biyologiya və bu kimi dərslərdə keçirilir. Verilən diplom digər məktəblərin və litseylərin sənədləri ilə eyni statusu daşıyır.
Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki,Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda ən önəmli tarixi abidələrdən sayılan Qazi Hüsrəv bəy mədrəsəsinin 481-ci il dönümü təntənə ilə qeyd olunub.
Ölkənin ən qədim təhsil mərkəzi hesab edilən mədrəsə 5 əsrdir fəaliyyət göstərir.
Sultan II Bayazidin nəvəsi qazi Hüsrev Bey tərəfindən tikdirilən mədrəsədə fasiləsiz təhsil sistemi mövcud olub. Hətta communist Yuqoslaviya dönəmində belə (1992-1995) Sarayevonun müharibə mərkəzi olduğu vaxtda belə qapılarını bağlamayıb.
Mədrəsə ingilis, ərəb və türk dilində dərslər keçirilir. Mədrəsədə Quran, din və hədis dərsləri ilə yanaşı riyaziyyat, biyologiya və bu kimi dərslərdə keçirilir. Verilən diplom digər məktəblərin və litseylərin sənədləri ilə eyni statusu daşıyır.
Əksər bosniyalı ailələr öz uşaqlarının burada təhsil almasına önəm verirlər. Məzunlar məktəbi bitirdikdən istənilən Ali məktəbdə təhsillərini davam etdirə bilərlər.
.jpg)
.jpg)
.jpg)
.jpg)