8 Yanvar, 2018
Məhəmməd Füzulinin oğlu Fəzlinin şeirləri tapılıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə AMEA mətbuat xidmətinin məlumatında bildirilir.

Mənbələrdən verilən məlumata görə, Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər.

Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7867.html