5 Yanvar, 2018
İŞİD Fələstin müqavimət hərəkatı HƏMAS-a qarşı müharibə elan edib

İŞİD-in Misirin Sina yarımadasındakı hərbi qanadı 22 dəqiqəlik video-müraciət yayaraq yaraqlıları Fələstinin Qəzza bölgəsindəki HƏMAS müqavimət hərəkatı ilə döyüşə çağırıb.

Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən verdiyi xəbərə görə,bu barədə "Washington Post" məlumat yayıb.

Məlumata görə, İŞİD-in HƏMAS hətəkatına qarşı düşmən mövqeyi ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra başlayıb.

Video-müraciətdə deyilir ki, HƏMAS kafir Qərblə əməkdaşlıq edir və buna görə bütün mücahidlər Qəzzaya qarşı mübarizə aparmalıdır.

"Heç bir halda onlara təslim olmayın. Partlayıcı, tapança və yapışqanlı bombalardan istifadə edin. Məhkəmələrini, güc strukturlarını bombalayın",-deyə İŞİD-çinin müraciətində bildirilir.

Qeyd edək ki, HƏMAS hərəkatı İsrailin Fələstin torpaqlarını işğal etməsindən sonra yaradılıb. Hərəkatın hərbi qanadları fəlsətinliləri müdafiə etmək məqsədilə silahlanaraq İsrail ordusuna qarşı mübarizə aparır. İŞİD terrorçularının müsəlman fələstinlilərlə birgə İsrailə qarşı mübarizə aparmaq əvəzinə, HƏMAS hərəkatına müharibə elan etməsi  terror təşkilatının ABŞ və İsrail maraqlarına xidmət etməsini bir daha təsdiqləyib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7860.html