
2050-ci ilədək ABŞ-da müsəlmanların sayı iki dəfə artacaq. Bunu Pew Tədqiqat İnstitutu ötən gün yayımladığı hesabatda bildirib.
Ahlibeyt.az-ın Maide.az-a istiandən məlumatına görə, hesabatda deyilir ki, 2050-ci ilədək ABŞ-da müsəlmanların sayı 8 milyon nəfərdən çox olacaq.
Bu rəqəm ölkə vətəndaşlarının ümumi sayının 2, 1 faizini təşkil edir.
2017-ci ilin statistikasına görə, hazırda ABŞ-da 3 milyon müsəlman yaşayır ki, ölkə əhalisinin 1,1 faizini təşkil edir.
Araşdırmalara görə, 2040-cı ildə ABŞ-da müsəlmanların sayı yəhudilərin sayından çox olacaq.
Amerikada əhalinin siyahıya alınması zamanı insanlardan onların din və məzhəbi haqqında sorğu sorulmadığı üçün bu ölkədə yaşayan müsəlmanların sayını təxmin etmək çətindir. Çünki heç bir rəsmi sənəd yoxdur.
PEW Tədqiqat İnstitutu bu statistikanı ABŞ-da yaşayan müsəlmanların demoqrafiya, doğum nisbəti və miqrant sayının qiymətləndirilməsi ilə təxmin edir.