The death of Mousaab Firas al-Tamimi (17 years old), seriously wounded by Israeli gunfire in the village of Deir Nizam, northwest of #Ramallah.#GroupPalestine #Zionist#BoycottIsrael #BDS #MB #قروب_فلسطيني

Fələstinin Ramallah şəhərində İsrail əsgərləri fələstinli gənci qətlə yetiriblər
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com Palİnfo-ya istinadən xəbər verir ki, Ramallah şəhərinin Deir Nizam rayonunda dünən fələstinli bir gənc İsrail əsgərinin açdığı atəş nəticəsində həyatını itirib. Məlumata görə, öldürülən gənc 17 yaşlı Musab Firas Ət-Təmim adlı şəxsdir. Onun İsrailli əsgərlərlə fələstinlilər arasında qarşıdurma zamanı yaxından açılan atəşlə qətlə yetirildiyi bildirilir.
Ət-Təmim Ramallahın Əl-Ərəbi xəstəxanasına ağır yaralı olaraq çatdırılsada, həkimlərin onun həyatını xilas etmədiyi qeyd olunur.
Mənbələrin verdiyi məlumata görə, İsrail əsgərləri Deir Nizamda evlərə basqın həyata keçirdikləri zaman, gənclər buna etiraz etmiş, sonda 17 yaşlı Musab Firas Ət-Təmim yaxından açılam atəşlə qətlə yetirilib.
.
Musab Firas Ət-Təmimin atası
Musab Firas Ət-Təmimin qohumları (Foto: Anadolu Agentliyi, Reuters)
Musab Firas Ət-Təmimin anası...