2 Yanvar, 2018
İranda son hadisələrlə əlaqədar həbs olunanlar var
Təxribatçıların bəziləri həbs edilib

Ahlibeyt.az-ın İran medisına istinadən məlumatına görə, bu barədə İranın Təhlükəsizlik Nazirliyi (Ettelaat)  məlumat yayaraq bildirib.

Məlumatda qeyd olunub ki, dinc etiraz aksiyaları  iğtişaşlarla nəticələnib:
Ölkə vətəndaşlarına çoxlu ziyanlar dəyib. Təhlükəsizlik Nazirliyi tərəfindən son  hadisələrin təxribatçılar və  iğtişaşçılardan bəziləri  müəyyən edilərək həbs olunub. Ölkədə sabitliyin pozzulmasına yönəlmiş digər təhrikedici ünsürlərin  müəyyən olunması istiqamətində  işlər davam edir.  Tezliklə  onlara qarşı ciddi addımlar atılacaq.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani  bu ölkənin Şura Məclisinin  xüsusi komissiya sədrləri ilə keçirdiyi birgə iclasda çıxışında ölkədə baş verən olaylara görə ABŞ və İsraili ittiham edib.
Xatırladaq ki, dekabrın 28-dən İran paytaxtı da daxil olmaqla  Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7854.html