28 Dekabr, 2017
Məscid imamı qadınlarla bağlı fətvaya görə həbs olunub

Banqladeşdəki Kumarhali əyalətindəki məscidlərindən birinin imamı və 5 köməkçisi kənd təsərrüfatında qadınların işləməsinin yolverilməzliyinə dair fətva verildikdən sonra həbs olunublar.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com Rusiya mətbuatına istinadla xəbər verir ki,Fətva verildikdən dərhal sonra səsgücləndiricilər vasitəsi ilə bütün əyalətə elan edilib. Qadınlar əkinçilik ərazilərində işə getməyi dayandır və bu səbəbdən şəhər və ətrafındakı kənd təsərrüfatı işləri sadəcə dayanır. Çünki Banqladeşdə əkinçilikdə əsasən qadınlar çalışır.

Polis məsələyə müdaxilə edərək imam və 5 köməkçisini həbs edib.

Qeyd edək ki, 2001-ci ildən etibarən Bangladeşdə fatvaların verilməsi qadağan olunub. Lakin 2011-ci ildə Ali Məhkəmə müsəlman din xadimlərinə vətəndaşların şəxsi məsələləri ilə bağlı şəri hökm verməyə icazə verilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7852.html