Dekabrın 20-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Türkiyə XİN-nin yayadığı məlumatda bildirilir ki, toplantı çərçivəsində Türkiyəli nazir Mövlud Çavuşoğlunun Cavad Zərif və Elmar Məmmədyarovla ikili görüşləri nəzərdə tutulub.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirilməsi nəzərdə tutulur