5 Fevral, 2012
İrandan qayıdan misirli gənclər həbs olunublar
Qahirə Beynəlxalq Hava Limanı

Tehranda keçirilən I "Gənclər və İslami Oyanış" konfransından qayıdan 18 nəfər misirli gənc Qahirə Beynəlxalq Hava Limanında həbs olunublar.

Bildirilir ki, Misiri şiələrinin birləşdiyi "Ali-Beyt" Koalisiyasının sədri Tahir əl-Haşiminin də oğlu bu gənclərin arasındadır. Bu səbəbdən Tahir əl-Haşimi bu həbslərə etiraz əlaməti olaraq Qahirə hava limanının salonunda oturaq etiraz aksiyasına başlayıb.

Qeyd edəkki, Qahirə hava limanının rəsmisi tərəfindən gənclərin saxlanmasına səbəb kimi onların özlərilə İrandan gətirdikləri bir neçə ədəbiyyat və CD disklər göstərlib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-782.html