
Azərbaycan Respublikasının Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 19-da Yevlax şəhərində Mingəçevir, Ağdaş, Yevlax və Bərdə rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami küçəsi, 61) saat 11:00-da keçiriləcək.
DQİDK-dən verilən məlumata görə,qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Natiq Əfəndiyev
Mob: (050) 211-68-89
Tel: (022) 33-6-55-95
Telefon: e-mail:info@scwra.gov.az