18 Dekabr, 2017
Müəmmar Qəddafinin oğlu Liviya prezidenti seçkilərində iştirak edəcək

Liviyanın qətlə yetirilmiş sabiq lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə "Egypt Today" nəşrinə  Seyf əl-İslam Qəddafinin nümayəndəsi Basem əl-Həşimi əl-Sül bildirib.

"Seyf əl-İslam Qəddafi 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək", - deyə  Basem əl-Həşimi əl-Sül bildirib.

Onun sözlərinə görə, Seyf əl-İslam Qəddafi  Liviyadakı bütün münaqişə tərəfləri ilə razılığın əldə olunmasına nail olmaq, ölkədə sabitlik və təhlükəsizliyi təmin etmək niyyətindədir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7816.html