14 Dekabr, 2017
Myanmada bir ayda 9 min rohinca müsəlmanı həlak olub

Myanmada bu il avqustun 25-dən sentybarın 24-dək olan müddətdə 9 min rohinca müsəlmanı həlak olub, onlardan, təqribən, 6,7 mini qətlə yetirilib.

Ahlibeyt.az-ın "Report"a istinadla verdiyi xəbərə görə, bu barədə "Sərhədsiz həkimlər" (MSF) beynəlxalq təşkilatının saytında məlumat verilib.

Qeyd olunub ki, öldürülən rohincalar arasında 730 uşaq beş yaşa qədər olub.

MSF həmçinin 626 mindən çox adamın Myanmadan Banqladeşə qaçdığını bildirib.

"Biz Myanmada zorakılığın qurbanı olan və hazırda Banqladeşdəki antisanitar düşərgələrdə sığınacaq tapan insanlarla görüşdük və söhbət etdik. Eşitdiklərimiz,- həm zorakılıq nəticəsində ailə üzvlərinin ölümü barədə məlumat verən insanların sayı, həm də insanların sözlərinə görə, qohumlarının necə öldürülməsi baxımından, - həddindən artıq acınacaqlı və sarsıdıcı idi"  - təşkilatın tibbi direktoru Sidni Vonq vurğulayıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7805.html