13 Dekabr, 2017
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb

İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbərinə görə, bu barədə  İƏT-in mətbuat xidməti açıqlama yayıb.

Məlumata əsasən, ilk olaraq  İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı təşkil olunub.

İclas ev sahibi olan Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlunun sədrliyi ilə keçirilir. Tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fələstin dövlət başçısı Mahmud Abbas ilə görüşüb.Görüş İstanbuldakı Bəylərbəyı sarayında baş tutub. Mətbuata bağlı keçirilən görüş bir saat davam edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7800.html