
Myanma hökuməti müsəlman rohincaların kompakt şəkildə yaşadığı Arakan ştatında 16 məscid söküb.
Ahlibeyt.az-ın məlumatına görə, İslam.az "Anadolu"ya istinadən xəbər verir ki, ştatın Maunqdao bölgəsindəki 17 məsciddən 16-sı cəmi bir həftə içində sökülüb.
Yerli sakinlər qalan yeganə məscidin aqibətinin də əvvəlkilər kimi olacağından qorxurlar.
Bu arada Myanmanın təhlükəsizlik qüvvələri Yeni Napura kəndində rohinca müsəlmanlarına məxsus 4 evi yandırıb.