8 Dekabr, 2017
Quranı ilk dəfə müasir İngilis dilinə tərcümə edən şəxs

Qurani-Kərimi dünyada ilk dəfə müasir İngilis dilinə Hindistanın 86 yaşlı professoru Məhəmməd Yasin tərcümə edib.

O, Qurani-Kərimi dini terminləri və Quranın xüsusi mənalı sözlərinin mənasını qoruyaraq müasir İngilis dilinə tərcümə etmək iftixarını qazanmış ilk müsəlman alimidir.

Professor Məhəmməd Yasin 1932-ci ildə Hindistanın Cəlalabad şəhərində anadan olub. Dörd yaşında ikən atasını və 7 yaşında ikən anasını itirib və 17 yaışnda himayəsində yaşayıb. 17 yaşında olarkən isə əmisi dünyasını dəyişib.. Amma nə ığı əmisini itirib.İmkansızlıq və yaxınlarını itirmək faciəsi onun kamal yolunda inkişafına maneə yarada bilməyib.

Pr. Yasin Məhəmməd Hindistanın Allahabad şəhərininin İving kollecində təhsilini davam etdirdi. Çoxlu kitablar oxuyaraq elm kəsb etdi, mənəviyyat və zehnini qidalandırdı. Həmin zaman Hind, İngilis, Ərəb və Urdu dillərini kamil mənimsəyib..

Yasin Məhəmməd 1960-cı ildə Qurani-Kərimi Ərəbcədən İngilis dilinə tərcümə etməyə başlayıb. Amma həyat tərzində bir sıra problemlər yarandığı və gözlərində "qara su" əmələ gəldiyi üçün işi sürətlə irəli apara bilməyib və Quranın tərcüməsini 1990-cı ildə yekunlaşdırıb.

Pr. Yasin Məhəmmədin tərcümə etdiyi Quran ilk dəfə 2001-ci ildə "Son Mesaj" adı ilə çap və nəşr edildi.

Bu onun Quran barədə son işi olmayıb. Yasin Məhəmməd Qurani-Kərimin İngilis dilində ilk lüğətnaməsini də yazıb ki, bu kitab da İngilis dilində Qurani-Kərimin ən kamil və hərətəfli lüğəti hesab edilir.

İQNA

 استاد هندی؛ اولین مترجم انگلیسی قرآن با حفظ اصطلاحات و واژگان امروزی

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7781.html