8 Dekabr, 2017
İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb

İordan çayının qərb sahilində və Qəzza sektorunda İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb.

Ahlibeyt.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toqquşmalara səbəb ABŞ prezidenti D.Tarmpın  Qüdsü(Yerusalim)  İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyini Təl Əvivdən Qüdsə köçürülməsi qərarı olub.

Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi İrab əl Fukah bildirib ki, İordan çayının qərb sahilində xəsarət alanların sayı 104 nəfərə çatıb. Onlardan 4-ü adi güllə, 18 nəfəri isə rezin güllələrdən xəsarət alıb

Onun sözlərinə görə, daha 75 nəfər gözyaşardıcı qazdan, 7 nəfər isə zərbələrdən və yıxılması səbəbindən xəsarət alıb.

Qəzza sektorunun Səhiyyə nazirliyi nümayəndəsi bildirib ki,təmas xəttində İsrail ordusu ilə toqqşumalar zamanı 7 nəfər xəsarət alıb. Xəsarət alan qadınlardan birinin vəziyyəti kritikdir

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7777.html