7 Dekabr, 2017
Ayətullah Sistanidən Trampın Qüds qərarına etiraz

İraqın nüfuzlu din alimi Ayətullah Seyid Əli Sistani ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı elan olunması ilə bağlı qərarına etiraz edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə iraqlı mərceyi-təqlidin rəsmi internet səhifəsinə məlumat yerləşdirilib.

Mərceyi təqlidin ofisindən verilmiş yazılı açıqlamada bildirilir ki, Ayətullah Sistani Qüdsün İsrailin paytaxtı elan olunması qərarına etiraz edir və problemin həlli üçün səylər göstərilməsini istəyib:

"Trampın bu qərarı yüz milyonlarla müsəlman və ərəblərin hisslərini təhqir edib. Amma bu qərar bir daha həqiqəti sübut etdi ki, Qüds işğal olunmuş ərazidir və əsl sahibi olan fələstinlilərə qaytarılılmayınca bu ərazilərin işğal altında olması gerçəkliyini  dəyişdirməyəcəkdir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7775.html