7 Dekabr, 2017
BMT Təhlükəsizlik Şurası təcili iclas keçirəcək

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında təcili iclas keçiriləcək.

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.

Məlumata əsasən, Trampın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə -  Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.

İclasın dekabrın 9-da keçiriləcəyi planlaşdırılır.

Qeyd edək ki,ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarını elan edib

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7772.html