
“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəməsi ciddi narahatlıq doğurur”.
Ahlibeyt.az-ın məluamtəna görə, APA-nın “Haber7”yə istinadən verdiyi xəbərə əasən, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq.
Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat veriləcəyi gözlənilirdi. Lakin son məlumata görə, D. Tramp bu qərarını təxirə salıb.