
Yəmənin "ƏnsarAllah" (husilər) hərəkatının lideri Əbdül Malik əl-Husi ölkənin sabiq prezidenti Əli Abdulla Salehin öldürüldüyü günü "tarixi və müstəsna gün" adlandırıb.
Ahlibeyt.az-ın məlumatına görə, “Report” TASS-a istinadən verdiyi xəbərə əsasən,, bu barədə bazar ertəsi Yəmən "Ənsarallah" hərəkat liderinin bəyanatı yayımlanıb:
"Bu tarixi və müstəsna gündə bütün xalqımızı təbrik edir və Allaha şükr edirik. Bu gün satqınlıq və xəyanətin yıxıldığı gündür, bu, təcavüzkar qüvvələrin qara günüdür".