5 Dekabr, 2017
700 yaşı olan palçıqdan məscid

14-cü əsrə aid dünyanın palçıqdan tikilən ən böyük tikilisi olan “Böyük Cənnə” məscidi öz sadəliyi və möhkəmliyi ilə əsrlər boyu insanları heyran edib. 

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, yüzdən çox sütun üzərində dayanan məscid ildə bir dəfə xalq tərəfindən palçıqla bərpa olunur. 

Malinin  “Djenne” şəhərində yerləşən məscid Afrikanın ən maraqlı memarlıq nümunələrindəndir. 

Şəhərin mərkəzində yerləşən məscid tarix boyu bir neçə dəfə dağıntılara məruz qalsa da 1907-ci ildə  bugünkü görkəmində  bərpa olunub. 

3 minarəsi, 4 əsas sütunu olan tikilinin eni 60 metrdir.  Məscidin daxilində və həyətində 50 min adam eni vaxtda ibadət edə bilər. /maide.az/






Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7760.html