2 Dekabr, 2017
Avropadakı müsəlmanların sayı 3 dəfə artacaq

Nüfuzlu analitik mərkəz Avropa ölkələrində müsəlmanların sayı barədə araşdırma aparıb.

Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın nüfuzlu “Pew Research Center” analitik agentliyi hazırladığı məruzəni dərc edib. Həmin sənəddə 2050-ci ildə Avropa ölkələrində olacaq müsəlmanların sayı barədə də araşdırma aparılıb.

Agentlik ekspertləri proqnozu hazırlayarkən 3 ssenaridən əsas kimi istifadə ediblər: “sıfır miqrasiya” ssenarisi, sırf qanuni miqrasiya ssenarisi və böyük həcmdə qeyni-qanuni miqrasiya ssenarisi.

3-cü ssenariyə əsasən, məlum olub ki, Avropa ərazisindəki müsəlmanların sayı 2050-ci ilədək ümumi Avropa əhalisinin 14 faizini təşkil edə bilər. Bu isə hazırkı göstəricilərdən demək olar ki, 3 dəfə çoxdur.

Məruzədə həmçinin qeyd edilir ki, hazırda Avropa ölkələrindəki müsəlmanların yarıdan çoxu (53%) Avropaya 2010-2016-cı illərdə gəlib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7753.html