1 Dekabr, 2017
Müsəlman yazıçı nüfuzlu ədəbi mükafata layiq görüldü

Uqandadan olan müsəlman yazıçı İsveçin ədəbiyyat sahəsindəki nüfuzlu mükafatının sahibi olub.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən,İsveçli yazıçı Avqust Strinberqin xatirəsinə həsr edilən “Avqust mükafatı” bu il əslən Uqandadan olan Yohannes Anyuruya “Onlar analarının göz yaşlarında boğulurlar” romanına görə verilib.

Müsəlman yazıçı “İlin bədii əsəri” nominasiyasına layiq görülüb.

Qeyd etmək lazımdır ki, adıçəkilən romanda söhbət gələcəkdə irqçilərin İsveçdə hakimiyyətə gəlməsi ilə nələrin baş verəcəyi haqda gedir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7749.html