
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi Bəhreynin əd-Diraz bölgəsində ev dustağı olan müxalif din xadimi Ayətullah Şeyx İsa Qasimin səhhətinin pisləşməsinə münasibət bildirib.
Ahlibeyt.az-ın İaslamazeri-yə istinadənməlumatına görə, Bəhram Qasimi vurğulayıb ki, İran İslam Respublikası Ayətullah Şeyx İsa Qasimin səhhətinin pisləşməsinə görə narahatdır. “Ayətullah İsa Qasim tez bir zamanda müalicə olunmalıdır. Bu proses gecikdirilməməlidir”, - deyə Bəhram Qasimi diqqətə çatdırıb.
İran rəsmisi qeyd edib ki, Bəhreyn rejimi problemləri hərbi müdaxilə ilə həll etməyə çalışsa da, xalq öz haqq bildiyi yolda geri çəkilən deyil.