30 Noyabr, 2017
Həşdi-Şabi ABŞ qoşunlarının İraqda qalmasına icazə verməyəcəyini açıqladı
İraqın "Bədr" Hərəkatının baş katibi Hadi Əmiri dünən İraqın "əl-Fərat" telekanalına açıqlama verib.

Ahlibeyt.az-ın Eastnews-a istinadən məlumatına görə. ABŞ-ın "Həşd Şabi" və digər könüllü dəstələri "terrorçu" siyahısına salmasına münasibət bildirən Hadi Əmiri bildirib ki, onlar ABŞ-ın bu təhdidlərindən qorxmurlar.

H. Əmiri, "Biz İraqı qorumaq üçün döyüşürük. Bu sionist siyasətinin qərarlarıdır və İsrailin təhlükəsizliyini təmin etmək üçündür.

"Həşd Şabi" və xalq ordusu ABŞ qoşunlarının İraqda qalmasına imkan verməyəcək. ABŞ qoşunları tez bir zamanda İraqı tərk etməlidir"  - deyə H.Əmiri söyləyib



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7742.html