
Yunanıstanın paytaxtı Afina şəhərində bir qrup futbol azarkeşi Muhəmməd peyğəmbərin (s) ad gününü qeyd edən müsəmanlara hücum edib.
Ahlibeyt.az-ən məlumatına görə, İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən,hadisənin hələ noyabrın 26-sı baş verməsinə baxmayaraq, bu haqda məlumatlar hələ indi geniş yayılmağa başlayıb.
Yerli KİV-lər yazırlar ki, “Milli Müqavimət” meydanındakı toplaşan müsəlmanlar şəhərin küçələrinə doğru hərəkət edib.
Məlum olub ki, marşrut həmin an “PAOK” futbol klubunun 200-ə yaxın azarkeşinin toplaşdığı ərazidən keçib.
Qısa davam edən söz “atışmasından” sonra, futbol azarkeşləri müsəlmanlara hücum ediblər.
Hadisə yerinə dərhal güc strukturu əməkdaşları gəliblər və tərəfləri ayırıblar.