27 Noyabr, 2017
Peyğəmbər səhabəsi Salman Farsinin həyatı haqqında serial çəkilir

İslam Peyğəmbəri (s) və imam Əlinin (ə) yaxın əshabəsi Salman Farsinin həyatı haqqında serial çəkilir

Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “İribnews”-a istinadən xəbər verir ki, hazırda seriyalın çəkilişi üçün hazırlıq işləri gedir. Belə ki, serialın ssenarisi yazılıb. Serialın çəkiliş aparılacağı bölgələr müəyyən olunub və yaxın 2-3 ay ərzində serialın çəkilişlərinə start veriləcəyi bildirilir.

Serial İran İslam Respublikasının Dövlət Televiziyasının sifarişi ilə tanınmış kinorejissor, “Muxtarnamə” serialının rejissoru olmuş Davud Mirbaqiri tərəfindən çəkiləcək.

Serialda Salman Farsinin həyatından – uşaqlıq illəri, gənclik illəri, İslam dinini qəbul etdiyi və Peyğəmbərlə (s) bir olduğu dövr, ölümündən - bəhs edilir.

40 seriadan ibarət olacaq filmin hər bölümü 50-55 dəqiqə olacaq.

Çəkilişlərin İsfahan əyalətində aparılacağı bildirilir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7727.html