
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Ahlibeyt.az-ın verdiiyi xəbərə görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 29-da Neftçalada Şirvan, Salyan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Neftçala rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34A) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Azər Sadıqov
Mob: (050) 599-80-69
Telefon: (021) 21-5-21-30
e-mail:info@scwra.gov.az