
Dekabrın 4-də saat AMEA-nın Alimlər Evində görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan “Şanlı ömür səhifələri” adlı ədəbi-musiqili tədbir keçiriləcək.
Ahlibeyt.az-ın məlumatına görə, AMEA-dan verilən xəbərə əsasən , tanınmış elm, mədəniyət və din xadimlərinin iştirak edəcəyi tədbirdə akademik Vasim Məmmədəliyevin mənalı həyat yolundan, zəngin elmi-pedaqoji və ictimai fəaliyyətindən bəhs olunacaq, alimin Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən, İslam dininə verdiyi töhfələrdən danışılacaq.
Mərasimdə, həmçinin muğam və xalq mahnıları ifa olunacaq.